Berlian Helmi: Azərbaycan ilə İndoneziya arasında mədəni və sosial sahələrdə ortaq dəyərlərin mövcuddur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb.
Görüşdə Bahar Muradova Azərbaycan ilə İndoneziya arasında münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, ortaq adət və etiqadın mövcudluğu dövlətlərarası əlaqələrdə də özünü göstərir.
Komitə sədri ailə, qadın və uşaq məsələlərinin bütün cəmiyyətlər üçün prioritet sahə olduğunu, bu istiqamətlərin insan kapitalının inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın bu sahələrə daim xüsusi diqqət yetirdiyini, müasir çağırışlara uyğunlaşmaqla yanaşı, milli dəyərlərin və ənənələrin qorunmasına önəm verdiyini bildirib.
Səfir Berlian Helmi Azərbaycan ilə İndoneziya arasında mədəni və sosial sahələrdə ortaq dəyərlərin mövcud olduğunu bildirib. O, qadın hüquqlarının qorunması və uşaqların müdafiəsi istiqamətində əməkdaşlıq potensialının yüksək olduğunu qeyd edib.
Səfir əlavə edib ki, bu sahələr İndoneziyanın inkişaf prioritetləri sırasında mühüm yer tutur və hər iki ölkənin mövqeləri beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama Hərəkatı çərçivəsində üst-üstə düşür.Görüşdə gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-03-2026, 15:17



























