mobil versiya

Peşəvərdə konvoya hücum nəticəsində altı nəfər yaralanıb



Pişəvər sərhəd korpusunun (FC) altı hərbi qulluqçusu, Hayatabad Pişəvər bölgəsində kolonlarına hücum edildiyi zaman partlayış nəticəsində yaralanıb.
"Dawn"
  xəbər verir ki, terror aktına görə məsuliyyəti qadağan edilmiş “Təhrik-i-Taliban Pakistan”ın yeni yaradılmış qruplaşması olan “Tehreek-i-Cihad Pakistan” öz üzərinə götürüb. Hücumda partlayıcı yüklü avtomobildən istifadə edildiyini bildirilir.
Pakistanda fəaliyyəti qadağan olunmuş "“Təhrik-i-Taliban Pakistan” qruplaşması ötən ilin noyabrında hökumətlə atəşkəsi dayandırdıqdan sonra ölkədə, xüsusən də Hayber-Paxtunxva və Bəlucistanda terror fəallığının artması müşahidə olunur.  Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun analitik mərkəzinin bu ay açıqladığı hesabatda, cari ilin birinci yarısında ölkə üzrə 389 nəfərin həyatını itirdiyi terror və intihar hücumlarının davamlı və həyəcan verici artımının şahidi olduğu bildirilib.
İyun ayında keçirdiyi mətbuat konfransında Xidmətlərarası İctimaiyyətlə Əlaqələr Direktoru General-mayor Əhməd Şərif Çaudri təhlükəsizlik qüvvələrinin bu il 1172 terrorçunun öldürüldüyü və ya həbs olunduğu 13 619 kəşfiyyat əməliyyatı keçirdiyini söyləyib: "Hər gün silahlı qüvvələr, polis, kəşfiyyat orqanları və digər hüquq-mühafizə orqanları tərəfindən terror təhlükəsindən xilas olmaq üçün 77-dən çox əməliyyat həyata keçirilir. Bu əməliyyatlarda 95 əsgər həlak olub".
KARUSEL / DÜNYA
Tarix: 19-07-2023, 11:44