mobil versiya

Pakistanda silahlı şəxslər hərbi mərkəzə basqın edib



Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində hərbi mərkəzə hücum edilib.
“Dawn” xəbər verir ki, hücum nəticəsində dörd əsgər həlak olub, daha beş nəfər yaralanıb.
Hücumun məsuliyyətini yeni yaradılmış “Təhrik-i-Cihad Pakistan” qruplaşması üzərinə götürüb.
Silahlılar əvvəlcə mərkəzin ərazisinə daxil olmağa çalışsalar da, mühafizəçilər onları içəri buraxmayıb. Bundan sonra şiddətli atışma başlayıb. Silahlı şəxslərdən üçü mühasirəyə alınaraq öldürülüb, hərbçilər daha iki nəfəri axtarır.
Dairənin komissarı bildirib ki, atışma zamanı təsadüfən yol keçən bir nəfər də ölüb, bir neçə mülki şəxs yaralanıb.

KARUSEL / DÜNYA
Tarix: 12-07-2023, 15:52