mobil versiya

Əfqanıstanda keçid məntəqəsinə hücum zamanı 9 polis öldürülüb


Əfqanıstanda keçid məntəqəsinə hücum zamanı 9 polis öldürülüb

Əfqanıstanın Bədaxşan əyalətində yoxlama-keçid məntəqəsinə edilmiş hücum nəticəsində polis əməkdaşı öldürülüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində 2 polis zabiti yaralanıb.
Hücumu kimin təşkil etdiyi barədə hələlik məlumat verilmir.
Bir qədər öncə Herat əyalətində törədilmiş partlayışda 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.
Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib və polis əməkdaşları ilə silahlılar arasında bir neçə saat atışma davam edib.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 20-04-2021, 10:00