mobil versiya

Almaniyada polislə silahlı qarşıdurma: ölən və yaralanan var




Almaniyanın Bonn şəhəri yaxınlığında yerləşən Mekkenhaymda naməlum şəxslə polis əməkdaşları arasında baş verən atışma nəticəsində polis əməkdaşı yaralanıb, hadisəni törədən öldürülüb.

REPORTYOR.AZ xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Hadisəni Bonn şəhər prokurorluğu və cinayət polisi araşdırır.

Cinayətin motivi və onu törədənin şəxsiyyəti barədə məlumat yayılmayıb.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 23-11-2020, 14:07