mobil versiya

Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan öldü



Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

AFN “Report”a istinadla xəbər verir ki, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 6-07-2020, 10:00