ABŞ-da naməlum şəxsin hücumu zamanı 5 nəfər xəsarət alıb - VİDEO
ABŞ-da naməlum şəxs ətrafdakılara hücum edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBS teleşirkəti məlumat yayıb.
Bildirilir ki, hadisə Merilend ştatında, Baltimor dairəsindəki ticarət mərkəzlərindən birində baş verib. Hücum zamanı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Polis hücumçuya atəş açıb. Hadisənin digər təfərrüatı açıqlanmır.
KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 29-09-2019, 01:41