Yaponiyada istidən 23 nəfər ölüb, 13 min nəfər xəstəxanaya yerləşdirilib

Report “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatıö lkənin FHN və təcili yardım xidmətinin funksiyalarını həyata keçirən Yaponiya Yanğından Mühafizə İdarəsi yayıb.
Qeyd olunub ki, təkcə ötən həftə ərzində 12 571 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 39 dərəcədən yuxarını göstərir.
DÜNYA
Tarix: 14-08-2019, 08:54