mobil versiya

Hindistan Ali Komissiyası bütün təhlükəsizlik normlarına əməl edir





Hindistanın Xarici İşlər Nazirliyi bildirib ki, İslamabaddakı Hindistan Ali Komissiyası Pakistanda Təhrik-e-Taliban Pakistanın (TTP) Bannu bölgəsində bu yaxınlarda törətdiyi terror hücumundan və bazar günü çoxsaylı bomba partlayışından sonra vacib olan bütün təhlükəsizlik normalarına riayət edir.

XİN-nin sözçüsü Arindam Bagçi deyib ki, Hindistan terrora qarşıdır, Pakistanda təhlükəsizlik vəziyyəti narahatlıq doğurur və yerli hadisələrə görə Komissiya lazımi tədbirləri görür. 

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Avstraliya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ölkələr Pakistanda yaşayan vətəndaşlardan ehtiyatlı olmalarını istəyib.

Bazar günü Pakistanın Bəlucistan əyalətində azı 7 partlayış baş verib və nəticədə 5 hərbçi ölüb, 19 nəfər yaralanıb.
Bəlucistanda baş verən beş ayrı qumbara partlaması nəticəsində azı 15 nəfər yaralanıb, rəsmilər təsdiqləyiblər.
2022-ci ildə TTP çoxsaylı hücumlarda 150-dən çox pakistanlını öldürüb. Atəşkəsin bitməsindən bu yana TTP 33 hücum həyata keçirib və nəticədə 35 təhlükəsizlik işçisi həlak olub.
KARUSEL / DÜNYA
Tarix: 30-12-2022, 12:19