mobil versiya

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb


Əfqanıstanda ötən gün axşam saatlarında baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb. Eyni zamanda, daha iki nəfər Əfqanıstanda həlak olub.
"TASS" xəbər verir ki, Pakistanın Hayber-Paxtunxva əyalətinin təbii fəlakətlərlə mübarizə idarəsindən bildirilib ki, əyalətdə 9 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb.
Bundan əlavə, Əfqanıstanın Lağman əyalətində təbii fəlakət 2 nəfərin ölümünə səbəb olub.
Xatırladaq ki, ötən gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.
KARUSEL / DÜNYA
Tarix: 22-03-2023, 08:54