Əfqanıstanda 7,8 maqnitudada baş verən zəlzələ 10 ölkədə hiss olunub
Əfqanıstanda 7,8 maqnitudada zəlzələ baş verib.
Məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası yayıb.
Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.
Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.
Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Zəlzələ Özbəkistan, Çin, İran, Əfqanıstan, Hindistan, Pakistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanda hiss olunub.
KARUSEL / DÜNYA

Tarix: 21-03-2023, 22:48