mobil versiya

Emeri Premyer Liqa klubunun baş məşqçisi təyin edilib



İspaniyalı Unai Emeri “Aston Villa”nın baş məşqçisi təyin edilib.
Bu barədə bazar ertəsi komandanın mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 21-də Birmingem klubu Stiven Cerrardın baş məşqçi postundan getdiyini açıqlayıb.
Bildirilir ki, Emeri noyabrın 1-dən işə başlayacaq.
Emerinin 50 yaşı var və 2020-ci ildən Avropa Liqasının qalibi olduğu və Çempionlar Liqasının yarımfinalına yüksəltdiyi İspaniyanın “Vilyarreal” klubunu çalışdırır.
Mütəxəssis əvvəllər İngiltərənin “Arsenal”, Fransanın PSJ, İspaniyanın “Sevilya”, “Valensiya”, “Almeriya” kimi klublarına rəhbərlik edib.
Emerinin rəhbərliyi altında “Sevilya” ardıcıl 3 dəfə Avropa Liqasının qalibi (2014-2016), PSJ Fransa çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, “Aston Villa” 12 turdan sonra 12 xal toplayaraq İngiltərə çempionatında 15-ci yeri tutur. Növbəti turda oktyabrın 29-da səfərdə Birmingem komandası “Nyukasl”la qarşılaşacaq.
Mənbə: championat.com

İDMAN
Tarix: 25-10-2022, 13:18