mobil versiya

"Sabah"ın yeni baş məşqçisi müəyyənləşdi




"Sabah" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

REPORTYOR.AZ "Report"a istinadən məlumatına, paytaxt klubu Murad Musayevlə anlaşıb. Rusiyalı mütəxəssis komandanın sükanı arxasına keçməyə razılıq verib. Tərəflərin yaxın müddətdə rəsmi müqaviləyə imza atacaqları bildirilib.

38 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 21-də istefaya göndərilmiş Ramin Quliyevi əvəzləyəcək.

Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 27-10-2021, 21:06