mobil versiya

Mesut Özil rəsmən "Fənərbağça"da




Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özillə 3,5 illik müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, türk əsilli hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb.

33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə o, vurğulayıb.
KARUSEL / İDMAN
Tarix: 24-01-2021, 19:50