mobil versiya

“Qızıl top”: Mbappe, Yamal və Keyn mükafatlandırma mərasiminə qatılacaq




2026-cı il “qızıl top” mükafatının əsas namizədləri mükafatlandırma mərasimində iştirak etmək üçün İngiltərənin paytaxtı Londona yollanacaqlar.

Xarici KİV xəbər verir ki, dünən “el klasiko”dakı qələbədən sonra (2:1) “Real”ın hücumçusu Kilian Mbappeyə “qızıl top”un təqdimetmə mərasimində iştirak etmək üçün Londona getməyə icazə verilib.
Bundan başqa, “Bayern”in hücumçusu Harri Keynin və “Barselona”nın vingeri Lamin Yamalın da tədbirə qatılacağı bildirilir.
“Qızıl top”un təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:03