Astronomlar 2099-cu ildə güclü meteor yağışı proqnozlaşdırırlar

Rəsədxananın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir: “1966-cı ildə, Leonid meteor yağışı zamanı Yer kürəsində insanlar səmada saatda 10 000 meteorun düşdüyünü müşahidə etmişdilər; bu da saniyədə təxminən iki-üç meteor deməkdir. 2099-cu ildə buna bənzər bir hadisə yenidən baş verə bilər”.
Astronomlar öz proqnozlarını buna əsaslandırırlar ki, Yer kürəsi meteor axınının mənbəyi olan 55P/Tempel-Tuttle kometinin sıx toz buludları ilə 2099-cu ilə qədər qarşılaşmayacaq.
Rəsədxana mütəxəssisi Rusiyanın TASS xəbər agentliyinə bildirib: “55P/Tempel-Tuttle kometi 2031 və 2064-cü illər arasında Günəşə doğru yenidən yaxınlaşacaq. Həmin vaxta qədər bu kometin səbəb olduğu meteor yağışları gözlənilmir. Lakin Leonid meteor axınının aktivliyi arta bilər ki, bu da Yer səmasında müşahidə olunan meteorların sayını saatda 100-ə və ya bir qədər çoxuna çatdıra bilər”.
Bu il noyabrın 18-nə keçən gecə gözlənilən Leonid meteor axınının pik dövrünə gəldikdə isə, alimlər saatda təxminən 15 meteorun müşahidə olunacağını proqnozlaşdırırlar.
Hər il noyabrın 6-dan 30-dək müşahidə olunan Leonidlər ən sürətli meteor axınlarından biridir. Meteorlar saniyədə təxminən 71–72 kilometr sürətə çata bilirlər. Onları gecə yarısından sübh açılana qədər çılpaq gözlə görmək mümkündür.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:40


























