Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb
Fransa millisinin üç futbolçusu Kərim Benzemanın Qətərdəki dünya çempionatı zamanı komandada olmasına qarşı çıxıb.
Bunlar qapıçı Uqo Lyoris, hücumçular Antuan Qrizmann və Olivye Jirudur.
Adıçəkilən futbolçular Benzemanın yığmanın çıxışına təsir etməsinə şübhə ilə yanaşıblar. Xüsusən də, Qrizmann 35 yaşlı forvardın varlığından narazı idi. O, "Qızıl top" mükafatını qazanmış hücumçuya çox diqqət yetiriləcəyini hiss edib və aralarında gərginlik yaranıb.
"Atletiko" (Madrid) klubunda çıxış edən oyunçu komanda yoldaşının sosial şəbəkələrdə ondan daha çox görünməsindən də narahat olub. Bu problemi aradan qaldırmaq üçün Fransa Futbol Federasiyasında toplantı keçirilib.
Qeyd edək ki, Fransa DÇ-2022-nin finalında Argentinaya məğlub olub.
KARUSEL / İDMAN
Tarix: 26-12-2022, 19:45