mobil versiya

Ronaldu Messi və daha 3 futbolçunun rekordunu təkrarlayıb, yeni rekorda imza atıb


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya çempionatlarında iştirak baxımından Argentina yığması və Fransa PSJ-sinin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb. 37 yaşlı forvard buna sayca 5-ci mundialında meydana çıxmaqla nail olub. Qətərdəki dünya çempionatında Qanaya qarşı H qrupunun ilk tur oyununda iştirak edən təcrübəli forvard Messi ilə yanaşı, Meksika yığmasının sabiq üzvləri Antonio Karbahal və Rafael Markes, həmçinin, Almaniya millisinin keçmiş hücumçusu Lotar Matteusa da çatıb.
Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl 2006, 2010, 2014 və 2018-ci il mundiallarına qatılıb.
Qeyd edək ki, Ronaldu həmçinin 5 mundialın hər birində qol vuran yeganəfutbolçu kimi də tarixə düşüb. 

İDMAN
Tarix: 25-11-2022, 10:55