mobil versiya

DÇ-2022: Fransa millisi finalda Argentinaya rəqib olub


Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.
"Report"un məlumatına görə, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.
Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.
Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. "Xoruzlar" 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.
KARUSEL / DÜNYA
Tarix: 15-12-2022, 00:59