Portuqaliya və İngiltərə digər 1/4 finalçılardan daha çox qol vurub

Siyahının ilk pilləsində Portuqaliya və İngiltərə milliləri qərarlaşıblar.
Hər iki yığma 4 oyunda 12 qola imza atıb. Növbəti sıralarda Fransa (9), Niderland (8), Argentina, Braziliya (hər ikisi 7), Xorvatiya (5) və Mərakeş (4) yığmaları qərarlaşıblar.
Qeyd edək ki, bu gün 1/4 finalda Xorvatiya Braziliya ilə, Argentina isə Niderlandla üz-üzə gələcək. Dekabrın 10-da Portuqaliya Mərakeşlə, Fransa İngiltərə ilə görüşəcək.
KARUSEL / İDMAN
Tarix: 9-12-2022, 15:18