mobil versiya

DÇ-2022-də vərəqə görməyən yeganə komanda İngiltərə millisidir



Qətərdə keçirilən dünya çempionatında vərəqə almayan yeganə komanda İngiltərə m illisidir
Qaret Sautgeytin baş məşqçi olduğu yığma meydana çıxdığı 4 matçda xəbərdarlıqla üzləşməyib.
Bu göstəriciyə görə ikinci sırada İspaniya kollektivi qərarlaşıb. Britaniyalılardan hələlik bir oyun az keçirən "buğalar" qrupdakı 3 görüşündə bir sarı vərəqə alıb.
Qeyd edək ki, İspaniya dekabrın 6-da 1/8 finalda Mərakeşlə üz-üzə gələcək.

İDMAN
Tarix: 5-12-2022, 10:28