mobil versiya

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb


Azərbaycan boksçusu Sənan Hətəmov İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində kanadalı Yakub Blaislə üz-üzə gəlib.
Hətəmov rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə üstələyib. O, İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdırmışdı.
Boksçu 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.
Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

İDMAN
Tarix: 18-11-2022, 11:30