Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.
REPORTYOR.AZ xəbər verir ki, olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.
*** 16:18
Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında uğurla çıxış edərək finala vəsiqə qazanıb.
O, macarıstanlı rəqibi Qabor Karoli Harspataki üzərində 7:0 hesabı ilə qələbə qazanmağı bacarıb.
***14:16
Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında uğurla çıxış edir. O, qazaxıstanlı Nurkanat Ajikanova (3:1) qalib gələrək yarımfinala vəsiqəni təmin edib.
***13:44
Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.
BAKU.WS xəbər verir ki, 75 kq çəki dərəcəsində yarışan Rafael ikinci görüşündə Çuneari Yahiroya (Avstraliya) 5:0 hesabı ilə qalib gəlib.
*** 12:33
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
BAKU.WS-in məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-üzə gəlib.
Ağayev rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
SON XƏBƏR / KARUSEL / İDMAN
Tarix: 6-08-2021, 18:01