Olimpiya çempionumuz ikinci görüşündə də qalib gəldi
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünü keçirib.
97 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionunun rəqibi ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsev olub.
Görüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 4:0.
Buna qədər isə Şərifov təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə cənubi koreyalı Minvon Seu ilə üz-üzə gəlib.
İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.
Onun 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olacaq.
Qeyd edək ki, Azərbaycanın 61 kq çəki dərəcəsində sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov da 1/8 final mərhələsində rəqibi kubalı Yovlis Bonne Rodrigesə qalib gəlib. Görüş Qvarzatilovun 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
KARUSEL / ÖLKƏ / İDMAN

Tarix: 21-09-2019, 12:38