Rüstəm Orucov: “Ono sanki dəmir adamdır”
“Rəqiblərimdən Kanada təmsilçisini tanımırdım. Amma onun çox güclü olduğunu qeyd edərdim”. APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin cüdoçusu Rüstəm Orucov deyib.
Olimpiya mükafatçısı dünya çempionatında ikinci dəfə gümüş medala sahib olub. Dünya reytinqinin birincisi Yaponiyanın paytaxtı Tokioda keçirilən mundialda yarımfinaladək belaruslu Vadim Şoka, yunanıstanlı Georgios Markaryan, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edib.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu finala gedən yolda komanda yoldaşı Hidayət Heydərova qalib gəlib. O, həmişə uduzduğu rəqibinə qalib gəlməsinin sirrini də açıqlayıb: “O, çox güclü idmançıdır. Mən Hidayət Heydərovla təxminən 3-4 dəfə görüşmüşəm və hamısında o qalib gəlib. Amma burada onunla döyüşəndə özüm özümə dedim ki, yox, bu gün mənim günümdür və yekunda qələbə qazandım”.
R. Orucov Rio-2016-nın finalında uduzduğu yaponiyalı Şohei Onoya məğlubiyyətindən də danışıb. O bildirib ki, qarşıdakı yarışlara daha yaxşı hazırlaşmaqla, 5 dəfə uduzduğu rəqibindən Tokio-2020-də revanş ala bilər: “Onunla görüşə yaxşı hazırlaşmışdım və döyüş öncəsi də özümü yaxşı hiss edirdim. Amma Ono sanki dəmir adamdır. Ümid edirəm ki, gələn il daha yaxşı hazırlaşacağam və Olimpiya Oyunlarında qalib gələcəyəm”.
Qeyd edək ki, R. Orucov 2 il öncə Budapeştdə digər yaponiyalı Soiçi Haşimoto ilə final qarşılaşmasında da uduzaraq, ikinci yeri tutub.
#cudo #idman #yarış
/APA/
İDMAN

Tarix: 28-08-2019, 11:27