Hacı Əliyevin qalmaqalının yeni görüntüsü - 8 nəfər saxlaya bilmədi - VİDEO
Ötən gün Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə baş verənlərlə bağlı yeni görüntülər ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya çempionumuz rusiyalı Hacımurad Rəşidova məğlubiyyətini haqsız saymışdı.
Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atmışdı. Bu gün yayılan yeni görüntülərdə güləşçimizin polislərlə də mübahisəsi əks olunub. İzləyicilədən birinin çəkdiyi görüntülərdə Hacı Əliyevi sakitləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, ötən gün Hacı Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Nəticədə hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.
Hakimlər qırmızı vərəqə göstərərək onu yarışdan kənarlaşdırıblar.
Daha sonra Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatından (DÇ) diskvalifikasiya edilən Hacı Əliyev barədə yekun qərar verilib. Yekun olaraq Hacı Əliyevin diskvalifikasiya qərarı ləğv olunub.
KARUSEL / GÜNDƏM / HADİSƏ
Tarix: 20-09-2019, 15:49