Hacı Elbrusu Antalyada bıçaqladılar - Cinayəti törədən qaçıb
Antalyada azərbaycanlı bıçaqlanıb.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, hadisə Antalyanın Konyaaltı rayonu, Liman məhəlləsində baş verib.
Azərbaycan əsilli Hacı Elbrus Hacılı ilə kimliyi bilinməyən bir şəxs arasında mübahisə yaşanıb. Mübahisə sonradan davaya çevrilib.
Nəticədə Hacı Elbrus ombasından bıçaqlanıb. O, ağır vəziyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən cinayətkar isə qaçıb.
Hazırda hüquq-mühafizə orqanları Hacı Elbrusu bıçaqlayan şübhəlini axtarır.
KARUSEL / HADİSƏ
Tarix: 13-09-2019, 10:29