mobil versiya

14 yaşlı oğlan beş ailə üzvünü güllələyərək qətlə yetirib


ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib.
APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Alabama ştatının Elkmon şəhərində baş verib.
Hadisəni törədən 14 yaşlı oğlan polis tərəfindən saxlanılıb. Cinayətini etiraf edən yeniyetmə ailə üzvlərini öldürdüyü 9 mm tapançanın tapılmasında polisə kömək edib.
Polis hadisə yerindən üç nəfərin cəsədini tapıb. İki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatıdırlsa da, orada vəfat edib.
Hadisənin motivi hələlik məlum deyil. Araşdırma aparılır.

MANŞET / KARUSEL / DÜNYA / CƏMİYYƏT
Tarix: 3-09-2019, 16:43