ABŞ-da stadionda atışma olub, çox sayda yeniyetmə yaralanıb
ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) "Ledd-Piblz" stadionunda atışma baş verib. Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, futbol matçından sonra baş verən atışma nəticəsində azı 10 nəfər yaralanıb. Bildirilir ki, yaralananlar 15-18 yaş arasında yeniyetmələr olub. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. /Trend/
DÜNYA / HADİSƏ