Azarkeşlər "Arsenal"ın futbolçusunu meymun adlandırdı
İngiltərənin "Arsenal" klubunun futbolçusu Villian irqçi təhqirlərə məruz qalıb.
"Report" xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə instaqramda bildirib.
Braziliyalı oyunçu sosial şəbəkədə azarkeşlərin onun ünvanına irqçi ifadələr göndərdiklərini vurğulayıb: "Bununla mübarizə aparmaq lazımdır. İrqçiliyə qarşı mübarizə davam edir".
Bir neçə fanat Villianı meymun adlandırıb.
Qeyd edək ki, Villian 2020-ci avqustundan "Arsenal"da çıxış edir. O, cari mövsüm Premyer Liqada 18 oyunda iştirak edib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
SON XƏBƏR / KARUSEL / İDMAN
Tarix: 20-02-2021, 18:12