mobil versiya

"Barselona" və Neymar bir-birini məhkəməyə verdi



Fransanın PSJ klubunun futbolçusu Neymar və İspaniya təmsilçisi "Barselona" bir-birilərini məhkəməyə veriblər.

Trend-in məlumatına görə, 27 yaşlı hücumçu Paris təmsilçisinə keçməzdən öncə ispanlardan 40 milyon avro bonus almalı idi, ancaq bu məbləğin yalnız 14 milyonunu ala bilib. Braziliyalı oyunçu qalan pulu və 10 faiz təzminatı tələb edir. Kataloniya klubu isə sabiq futbolçusu Neymarın mövqavilə şərtlərini pozduğu üçün ondan 75 milyon avro istəyir.

Artıq bu məsələ ilə bağlı iş iki dəfə təxirə salınıb. Məhkəmə iclası əvvəlcə bu il yanvarın 31-nə təyin edilsə də, son anda təxirə salınıb. Növbəti proses isə martın 31-nə salınıb, lakin Neymarın vəkilləri onun PSJ ilə müqaviləsini üzə çıxartmaqdan imtina ediblər. Hakim məhkəməni sentyabrın 27-nə təyin edib.

Şahidlər arasında Fransa klubunun prezidenti Nasser Əl-Xəlafinin də olacağı bildirilir, baxmayaraq ki, o, əvvəl ifadə verməkdən imtina etmişdi.

Xatırladaq ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.
KARUSEL / İDMAN
Tarix: 5-09-2019, 09:00