“Qalatasaray”ın sabiq futbolçusu həbs olunub

Buna D. Sondersin orqanizmində alkaqolun olması ilə bağlı testdən keçməkdən imtinası səbəb olub.
Hələ 3 ay öncə onun avtomobili polislər tərəfindən saxlanılıb. Asayiş keşikçiləri sabiq futbolçunun içkili olmasından şübhələniblər. Lakin uelsli yoxlanışdan keçməkdən yayınıb. O, 10 həftə həbslə yanaşı, azadlığa çıxdıqdan sonra 30 ay sürücülük hüququndan da məhrum olub.
Qeyd edək ki, D. Sonders “Benfika” və “Liverpul”da da oynayıb.
/APA/
DÜNYA / HADİSƏ / İDMAN
Tarix: 28-08-2019, 19:28