Tehranın ölüm hökmünə məhkum edilmiş sabiq meri azadlığa buraxılıb
Tehranın həyat yoldaşını qətlə yetirən sabiq meri Məhəmməd Əli Nəcəfi azadlığa çıxıb. APA-nın Tehran bürosunun məlumatına görə, M.Ə.Nəcəfi bu gün Evin həbsxanasında evə buraxılıb.
Qeyd edək ki, bir müddət öncə ikinci xanımını qətlə yetirən Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfi ölüm hökmünə məhkum edilsə də, mərhumun yaxınları tərəfindən əfv edilib.
Xatırladaq ki, bu ilin mayında Tehranın sabiq meri ikinci xanımı Mitra Nəcəfini atəş açaraq qətlə yetirib.
Məhəmmədəli Nəcəfi iki il öncə səhhəti ilə əlaqədar Tehranın meri vəzifəsindən istefa verib.
Sabiq mer İranda islahatçılar siyasi cinahının əsas nümayəndələrindən biri kimi tanınır.
Süleyman Fərzəliyev /APA/
DÜNYA / HADİSƏ

Tarix: 28-08-2019, 13:48