mobil versiya

Dembele zədələndi - 5 həftə oynamayacaq


İspaniyanın “Barselona” klubu itki ilə üzləşib. Kataloniya təmsilçisinin hücumçusu Usman Dembele zədə səbəbindən komandadan ayrı düşüb.
Forvard 5 həftə “Barselona”ya kömək edə bilməyəcək. Tibbi müayinə nəticəsində onun sağ baldır əzələsindən xəsarət aldığı aşkarlanıb.
Qeyd edək ki, 22 yaşlı fransalı La Liqanın I turunun “Atletik”lə görüşündə (0:1) 90 dəqiqə meydanda olub. Həmin matçda zədə səbəbindən oynamayan Lionel Messi isə artıq komanda ilə məşqlərə başlayıb. 

KARUSEL / İDMAN
Tarix: 20-08-2019, 12:07