“Tottenhem” ispaniyalı futbolçu üçün 80 milyon avro təklif edib
“Tottenhem” “Atletiko”nun yarımmüdafiəçisi Pablo Barriosu transfer etmək niyyətindədir.London təmsilçisi 22 yaşlı futbolçu üçün İspaniya klubuna 80 milyon avro təklif edib.
Xarici KİV xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Tomas Frank komandasının hücum xəttində son zonaya top çıxarmaqda çətinliklər yaşadığını düşünür və klub rəhbərliyi Barriosun transferinin bu problemi həll edəcəyinə inanır.
Barrios cari mövsümdə bütün turnirlərdə 22 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.(komanda.az)
KARUSEL / İDMAN
Tarix: 16-12-2025, 15:57



























