Vlahoviç İspaniya klubuna keçə bilər

“Yuventus”un hücumçusu Duşan Vlahoviç 2026-cı ildə “Barselona”ya keçə bilər.
“Fichajes” xəbər verir ki, serbiyalı forvard Kataloniya klubunun əsas transfer hədəfinə çevrilib.
25 yaşlı futbolçu artıq “Yuventus”la yeni müqavilə imzalamaqdan imtina edib. Turin təmsilçisi 2022-ci ildə “Fiorentina”ya onun transferi üçün 80 milyon avro ödəyib.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Vlahoviçin oyun tərzini çox bəyənir və onu komandasında görmək istəyir. O, cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Vlahoviçin “Yuventus”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:21

























