PSJ 100 milyon avroluq futbolçu ilə maraqlanır

KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün mübarizəyə qoşulmağa hazırdır. Klub rəhbərliyi anlayır ki, bu transferdə əsas rəqiblər İngiltərə Premyer Liqasının aparıcı komandaları olacaq.
Daha əvvəl “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi” kimi klubların da ingiltərəli yarımmüdafiəçi ilə maraqlandığı bildirilmişdi.
“Aston Villa” rəhbərliyi Morqan üçün təxminən 100 milyon avro tələb edir. Futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 10-04-2026, 15:30



























