mobil versiya

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yardım layihəsini təsdiqləyib



ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollar məbləğində yeni yardımı böyük səs çoxluğu ilə təsdiqləyib.
Vəsait əvvəlcə Müdafiə Departamentinin 2024-cü maliyyə ili üçün maliyyələşdirmə qanunvericiliyinə daxil edilib və bu, bəzi respublikaçıların etirazına səbəb olub.
Bundan əvvəl Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının liderləri Ukraynaya həmin məbləğdə yardımı Pentaqonun maliyyələşdirmə qanun layihəsindən çıxarıblar.
Nümayəndələr Palatasında Ukraynaya dəstək qızğın müzakirə olunur, bəzi qanunvericilər Kiyevə yardımı azaltmağa çalışır, digərləri isə ABŞ-ın müttəfiqini dəstəkləməli olduğunu deyir.

KARUSEL / DÜNYA
Tarix: 29-09-2023, 09:24