ABŞ Qarabağ separatçılarına maliyyə yardımı ayırıb
ABŞ Konqresinin Nümayəndələr palatası işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) yayıb.
Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur.
Həmin proqramın maliyyələşdirilməsi 2020-ci ilin mart ayından dayandırılmışdı.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-07-2020, 14:31