Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müqavilə əsasında xidmət aparan erməni əsgər ölüb.
Bu barədə "Sputnik Armenia" portalı məlumat yayıb.
Məlumata görə, 1988-ci ildə anadan olan Taron Poqosyan minaya düşərək ölüb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti hərbçinin ölüm faktını təsdiqləyib.
SON XƏBƏR / KARUSEL
Tarix: 5-05-2020, 10:00