mobil versiya

ABŞ Ukraynaya 725 milyon dollarlıq əlavə hərbi yardım ayırıb



ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 725 milyon ABŞ dolları həcmində əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətlərinə, hərbi təlim və təhsilə ümumi məbləği 725 milyon dollara qədər vəsait ayırmaq səlahiyyəti verib.
Xatırladaq ki, ABŞ Ukraynaya yeni 725 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində döyüş sursatları və zirehli maşınlar göndərəcək.

DÜNYA
Tarix: 15-10-2022, 15:22