ABŞ Ukraynaya əlavə yarım milyard dollar ayıracaq
ABŞ Ukraynaya əlavə 457,5 milyon dollar ayıracaq.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Twitter” hesabında yazıb.
O, bildirib ki, vəsait mülki təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinə yönəldiləcək.
“Birləşmiş Ştatlar insanların həyatını xilas etmək, Ukrayna hüquq-mühafizə orqanlarının və cinayət ədliyyə sisteminin potensialını gücləndirmək üçün əlavə 457,5 milyon dollar mülki təhlükəsizlik yardımı göstərəcək. Biz onların demokratik, müstəqil və suveren Ukraynaya sadiqliyini bölüşürük”, - Blinken qeyd edib.oxu.az
SİYASƏT
Tarix: 27-09-2022, 18:44