mobil versiya

NATO ölkələrinə Ukraynaya qırıcılar verməsi üçün “yaşıl işıq” yandırıldı




NATO üzvlərinin Ukraynaya döyüş təyyarələri göndərmək hüququ var.

Bunu ABŞ dövlət katibi Entoni Blinken “CBS News”a müsahibəsində deyib.

NATO üzvü olan Polşa hökumətinin Ukraynaya döyüş təyyarələri göndərə biləcəyi sualına Blinken “Onlar üçün yaşıl işıq yandırılıb” deyə cavab verib.

“Əslində biz indi polşalı dostlarımızla bu döyüş təyyarələrinin ukraynalılara veriləcəyi təqdirdə, onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizi müzakirə edirik”, - deyə Blinken bildirib.

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlər görə, Polşa hökuməti Ukraynaya öz qırıcılarını vermək müqabilində ABŞ-dan F-16 təyyarələrini istəyib.
SON XƏBƏR / KARUSEL
Tarix: 6-03-2022, 21:30