Azərbaycan hərbi xərclərini artırır
2020-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri məlum olub.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilib.
Bu sahələr üçün 5 milyard 826 milyon 700 min manat vəsait nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə 1 milyard 70 milyon 700 min manat çoxdur.
Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 3 milyard 856 milyon 600 min manat yönəldiləcək. Bu isə 2019-cu illə müqayisədə 666 milyon manat artıqdır.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə 1 milyard 973 milyon 100 min manat ayrılacaq. Bu isə 2019-cu illə müqayisədə 404 milyon 800 min manat çoxdur.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-10-2019, 19:45