mobil versiya

Bakı ilə Kiyev arasında ticarətin həcmi...



Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dollara çatıb.

Axar.az xəbər verir ki, həmin dövrdə Azərbaycan bu ölkədən 163 milyon 342 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 333 milyon 30 min dollar olub.

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

İQTİSADİYYAT
Tarix: 18-09-2022, 11:34