mobil versiya

Qeyri-neft mallarının ixracı 300 milyon dollar artdı: Daha çox bu ölkələrə satış həyata keçirilib




Azərbaycandan qeyri neft-qaz mallarının ixracında artım 2022-ci ildə də müşahidə edilir.


REPORTYOR.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin birinci yarısında qeyri neft-qaz mallarının satış dəyəri 1,46 milyard dollara yüksəlib.


Ötən ilin birinci yarısında qeyri neft-qaz mallarının ixrac dəyəri 1,16 milyard dollar idi. Müqayisə göstərir ki, bu il qeyri neft-qaz mallarının ixracında 300 milyon dollar dəyərində artım var.


Azərbaycandan qeyri neft-qaz mallarının əsas idxalçısı Türkiyə və Rusiya olub. Türkiyə 428,4 milyon dollarlıq, Rusiya 382 milyon dollarlıq qeyri neft-qaz malı alıb.
Bu il Türkiyə idxalda Rusiyanı qabaqlayıb. Ötən ilin birinci yarısında Rusiya 403,8 milyon dollarlıq, Türkiyə 309,5 milyon dollarlıq idxal həyata keçirmişdi.


Məlumatlardan görünür ki, Türkiyə qeyri neft-qaz mallarının idxalını xeyli artırdığı halda Rusiya bir qədər azaldıb.


Adıçəkilən ölkələrdən başqa Gürcüstan (88,24 milyon dollar), İsveçrə (84,6 milyon dollar), ABŞ (57,5 milyon dollar) da böyük həcmdə qeyri neft-qaz mallarını idxal edib.
KARUSEL / ÖLKƏ
Tarix: 18-07-2022, 11:30