mobil versiya

Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü qeyd olunub




Əlcəzair Xalq Demokratik Respublikasının Milli Günü - Əlcəzair İnqilabının 72-ci ildönümü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi rəsmi qəbul təşkil edib.

Əlcəzairin Azərbaycandakı səfiri xanım Zəkiyyə İğıl çıxışında Əlcəzair və Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bildirib.




Diplomat deyib ki, bu ortaq mövqe karbohidrogenlər, təbii qaz, neft-kimya və bərpaolunan enerji sahələrində tərəfdaşlığı daha da dərinləşdirmək üçün geniş imkanlar yaradır: "Bu baxımdan, müvafiq qurumlarımız və dövlət enerji şirkətlərimiz, xüsusilə də Sonatrach və SOCAR arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm zəmin yaradan neft və qaz sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun cari ildə təsdiqlənməsini məmnunluqla qarşılayırıq”.


Azərbaycanla əlaqələrə toxunan xanım səfir
ölkələrimiz arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə birgə komissiyanın yaradılmasının əhəmiyyətinə toxunub: "Bu, xalqlarımızın qarşılıqlı mənafelərinə xidmət naminə ortaq siyasi iradəmizi ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət sahələrində konkret tərəfdaşlığa çevirmək üçün mühüm fürsət olaraq, Komissiyanın 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulan ilk iclasını səbirsizliklə gözləyirik".


Azərbaycan xalqı və hökuməti adından çıxış edən Milli Məclisin sədr müavini Ziyafət Əsgərov  Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin keçmişi, indiki vəziyyəti və gələcək perspektivlərindən bəhs edib.





Reportyor.az 





KARUSEL / SİYASƏT
Tarix: Dünən, 19:43