mobil versiya

Rostovdan Bakıya birbaşa aviareys açılacaq


Rusiyanın “Azimut” aviaşirkəti Rostovdan Bakıya və Tel-Əvivə, həmçinin Krasnodardan Münhenə birbaşa aviareyslər açmaq niyyətindədir. “APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu ilin qış mövsümündə bütün lazımi razılıqları əldə etdikdən sonra aviaşirkət bir neçə reys açmağı planlaşdırır. Belə ki, Rostovdan Tel-Əviv və Bakıya, eyni zamanda Krasnodardan Münhenə birbaşa aviareyslərin açılışı gözlənilir.
Qeyd edək ki, “Azimut” aviaşirkəti Rostovun Platov və Krasnodarın Paşkovski hava limanlarından uçuşlar yerinə yetirir.

APA-Economics





SOSİAL / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 31-08-2019, 13:17