Azərbaycanda qeyri-həyat sığortası üzrə könüllü və icbari sığorta növlərində artım qeydə alınıb

“Qeyri-həyat sığorta növləri üzrə əsas drayver olan icbari avtomobil sığortası ilə bağlı Palata və İcbari Sığorta Bürosunun (İSB) əməkdaşlığı nəticəsində tam avtomatlaşdırma təmin edilib. Sığorta müqavilələrinin elektronlaşdırılması nəticəsində təxminən 100%-lik penetrasiya əldə edilib. Hadisələrin idarə edilməsi sistemi formalaşdırılıb ki, bu da “Forma 4” sənədinin elektron qaydada əldə edilməsinə imkan yaradır. Məhz görülmüş bu tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin sığortası üzrə 29% (4,4 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6%-lik (3,1 mln. manat) artım müşahidə olunub”, - deyə MBNP-nin məlumatında deyilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 mln. manat artım, tibbi sığortada isə 5,2 mln. manat azalma baş verib. Bu növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.
/APA-Economics/
SOSİAL / İQTİSADİYYAT / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 29-08-2019, 13:47