Azərbaycanda ipoteka istiqrazlarının nominal üzrə qalıq dəyərinin müəyyən hissəsi ödəniləcək
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilən AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.“APA-Economics”in Bakı Fond Birjasına (BFB) istinadən verdiyi məlumata görə, avqustun 23-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 23-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 938,70 manat təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 938,70 manat məbləği əsasında hesablanacaq.
BFB-yə AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 938,70 manat olması nəzərə alınmalıdır.
Hüseyn Vəliyev /APA/
SOSİAL / İQTİSADİYYAT / ÖLKƏ

Tarix: 28-08-2019, 11:43